ABŞ və İsrail İrana yenidən zərbələr endirəcək?

saytların hazırlanması

Evə çatdırılma

ABŞ və İsrail İrana yenidən zərbələr endirəcək?

Siyasət

22 Oktyabr 2026 17:50 79


Yaxın Şərqdə hərbi qarşıdurmanın yenidən genişlənə biləcəyi ilə bağlı narahatlıqlar artıb. Buna səbəb ABŞ-nin Səudiyyə Ərəbistanı, Qətər, İordaniya və Bəhreyndəki diplomatik missiyasında çalışan əməkdaşlarına ailə üzvləri ilə birlikdə bu ölkələri tərk etməsi ilə bağlı verilən tapşırıqlardır. Vaşinqton bu addımı Yəməndəki İran dəstəkli husilərin Səudiyyə Ərəbistanında hava limanları və digər mühüm infrastruktura hücumları fonunda təhlükəsizlik riskləri ilə əsaslandırıb. Eyni zamanda, İranın Hörmüz boğazı yaxınlığındakı Hörmüzqan vilayətinin Sirik bölgəsində bir neçə partlayış səsinin eşidildiyi barədə məlumatlar yayılıb.

Bu hadisələr ABŞ və İsrailin İrana və mövcudluğunu qoruyan proksi qüvvələrinə qarşı yeni hərbi əməliyyata başlayacağı ilə bağlı ehtimalları yenidən gündəmə gətirib. Xatırladaq ki, bu ilin fevralında başlayan ABŞ-İsrail hücumlarından sonra tərəflər arasında genişmiqyaslı döyüşləri dayandıran razılaşma əldə olunsa da, regionda gərginlik tam aradan qalxmayıb.

Bəs son hadisələr müharibənin yenidən alovlanacağından xəbər verir? ABŞ və İsrailin İrana qarşı yeni zərbələr endirməsi nə dərəcədə realdır? Qarşıdurmanın genişlənməsi region ölkələrinə və enerji təhlükəsizliyinə necə təsir göstərə bilər? pizza mizza

Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Oqtay Qasımov bildirib ki, Amerika Birləşmiş Ştatları, İsrail və İran arasında yenidən müharibə ritorikası güclənib:

"Qarşıdakı bir həftə ərzində İsraildə, o cümlədən 3 noyabrda ABŞ-də seçkidən sonra vəziyyətin yenidən gərginləşə biləcəyi ehtimalı artıb. Belə ki, həm Donald Trampın açıqlamaları, həm də Netanyahunun aqressiv bəyanatları onu göstərir ki, hərbi eskalasiya qaçınılmaz hala gəlib. Hətta belə iddialar var ki, 11 oktyabrda Netanyahu İsrail ordusuna İrana zərbə endirməklə bağlı tapşırıqlar verib, amma son anda bu əməliyyatları Donald Tramp dayandırıb. Bu baxımdan vəziyyət kifayət qədər ciddidir".

"Nəzərə alsaq ki, ABŞ-nin bölgədə iki aviadaşıyıcı gəmisinə üçüncüsünün də qoşulacağı gözlənilir və seçkidən sonra bu baş verə bilər. Əlavə olaraq bölgədə hərbçilərin sayına daha 10 000 nəfər əlavə olunur, hərbi gəmilərin sayı 20-dən artıqdır, bu da kifayət qədər ciddi bir hərbi potensial deməkdir. Bundan başqa, son dövrlər Birləşmiş Ştatların bölgədəki hərbi bazalarından hərbçilərin çıxarılması, diplomatların bölgədən çıxaması ilə bağlı verilən məlumatlar da təqribən 28 fevral ərəfəsi dövrə bənzəyir ki, o zamanlar da bu addımlardan sonra hərbi eskalasiya başlamışdı. Yəni, biz həm Tramp, həm Netanyahunun açıqlamalarına baxdığımızda belə bir ehtimalın kifayət qədər qədər yüksək olduğunu görürük", - deyə siyasi şərhçi vurğulayıb.

Onun sözlərinə görə, İran tərəfindən verilən bəyanatlardan da göründüyü kimi, bu açıqlamalar eskalasiyanın qaçılmaz olduğunu göstərir:

"Bu baxımdan, əgər fövqəladə bir hal baş verməzsə, o zaman ABŞ-də aralıq seçkidən sonra İrana qarşı hərbi addımların, əməliyyatların başlaması ehtimalı yüksəkdir. Buna gələn ayın noyabrının 18-19-da, yəni o tarixlər ərəfəsində Tramp, Putin və Si Cinpin görüşünün əngəl ola biləcəyini düşünürəm. Amma bu variantda əgər savaşın qarşısı alınmasa, düşünürəm ki, Tramp və Netanyahu İranla bağlı məsələdə daha irəli getmək, Netanyahunun dili ilə desək, yarımçıq qalmış işi bitirməyə çalışacaqlar. Bu isə öz növbəsində yaxın və Orta Şərqdə, o cümlədən beynəlxalq səviyyədə ciddi təhlükəsizlik problemi yaradacaq, eyni zamanda dünya enerji bazarında da qiymətlərin yenidən yüksəlişinin şahidi ola bilərik. Bu baxımdan, hərbi əməliyyatlarının yenidən başlaması riski də, hansı mənfi nəticələr doğuracağı da məlumdur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!