Çimərliklərdə adamı bir tərəfdən gün, digər tərəfdən qiymətlər yandırır -   Video

saytların hazırlanması

Evə çatdırılma

Çimərliklərdə adamı bir tərəfdən gün, digər tərəfdən qiymətlər yandırır - Video

Sosial

15 İyul 2023 18:53 1033


İsti yay günlərində əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də çimərliklərdir. Ödənişli və yaxud ödənişsiz, hər kəs istirahətini cibinə görə müəyyənləşdirir. Amma özəl çimərliklərə giriş haqqının baha, məhdudiyyətlərin isə sərt olması paytaxt sakinlərinin daha çox pulsuz çimərliklərdə üz tutmasına gətirib  çıxarır.

Yenisabah.az Xəzər TV-yə istinadla xəbər verir ki, sakinlər ictimai çimərliklərə üstünlük verdiklərini müxtəlif cür izah edirlər.

Özəl çimərliklərdən fərqli olaraq burada sərt  qaydalar tətbiq  edilmir. Kimi  özü ilə samovar gətirir, kimi də yemək-içmək. pizza sifarişi

Bəs, özəl çimərliklərdə qiymətlər niyə bahadır?

Aparşdırma zamanı məlum olub ki, özəl çimərliklərdə giriş haqqı 20-30 manat arasında dəyişir. İstirahətə gələnlər daxili qaydalara riayət etməlidir.

Çimərliyə nəinki yemək-içmək, hətta su gətirməyə belə icazə verilmir. Marketlərdə 40-50 qəpiyə satılan su burada 3 manata təklif edilir.

Qiymətlərin belə olması xidmət  səviyyəsinin yüksək olması ilə izah edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!