Çin maşınlarında sürücünü gözləyən təhlükə -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Çin maşınlarında sürücünü gözləyən təhlükə - VİDEO

Sosial

19 İyun 2026 16:24 320


“Ümumiyyətlə heç bir avtomobili gün şüasının altında saxlamaq olmaz. Dəfələrlə olub ki, avtomobilə heç bir müdaxilə olmadan alışaraq yanıb”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə tanınmış avtomobil təmirçisi Tural Rəhmanlı “Youtube”da yayımlanan “Künc Bucaq” verilişində danışıb.

O bildirib ki, Çin markalı nəqliyyat vasitələrinin sürücüləri bu məsələdə daha diqqətli olmalıdır: Dominos pizza

“Adicə maşında dezodorant, alışqan olan zaman partlama baş verə bilir. Ehtiyatsızlıqdan bu cür problemlərin olması mümkündür. Maşın günəşin altında qalanda salonun bəriləri tez sıradan çıxır. Digər tərəfdən Günəş şüaları avtomobilin boyasına da ziyandır. Bu, bütün avtomobillərə aiddir. Lakin Çin avtomobilləri batareya ilə təchiz olunduğu üçün, sürücülərə məsləhət görərdim ki, öz maşınlarına daha çox qayğı və diqqət göstərsinlər”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!