Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Əbdürəhmanov öz ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.
"Yeni Sabah" APA-Economics-ə istinadla xəbər verir ki, hələlik onun yerinə hər hansı təyinat olmayıb.
İdarənin rəis müavinləri Məlahət Gözəlova və Rasim Quliyev də tutduqları vəzifələrdən azad edilərək idarə daxilində digər vəzifələrə keçiriliblər. Dominos pizza
Xatırladaq ki, Xosrov Əbdürəhmanov bu vəzifəyə 2018-ci ilin may ayında təyin edilmişdi.
Telegram kanalımız