Çin ABŞ-a iki panda göndərir.
“Yeni Sabah” xəbər verir ki, Çin Prezidenti Si Cinpin ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki qonağı olarkən pandaların bir neçə gün ərzində Atlantadakı zooparka çatacağını bildirib. Si Cinpin “Pin Pin” və “Fu Şuan” adlı pandaların yeni məskənlərinin Atlanta olacağını və burada amerikalılarla görüşəcəyini deyib.
Çin lideri pandaların ABŞ-a göndərilməsini “yaxşı xəbər” adlandırıb. O, bu addımı Çin və ABŞ xalqları arasındakı dostluğun nümunəsi kimi qiymətləndirib. Pandalar zooparkla Çin Vəhşi Təbiətin Mühafizəsi Assosiasiyası arasında bağlanan qoruma razılaşması çərçivəsində ABŞ-a göndərilir. Dördpendirli pizza
Qeyd edək ki, Çin 2024-cü ildə Atlantadakı dörd pandanı geri qaytarmışdı. Pekinlə Vaşinqton arasındakı gərginlik fonunda pandaların digər ölkələrə göndərilməsi proqramı da bir müddət dayandırılmışdı.
Əsmətxanım Rzazadə
Telegram kanalımız