Çölə 12 min ton portağal qabığı tökdülər – 16 il sonra gördükləri mənzərə heyrətləndirdi

saytların hazırlanması

Evə çatdırılma

Çölə 12 min ton portağal qabığı tökdülər – 16 il sonra gördükləri mənzərə heyrətləndirdi

Maraqlı

06 Avqust 2026 01:08 62


Kosta-Rikada kənd təsərrüfatı tullantılarının təbiətə faydalı şəkildə qaytarılması məqsədilə həyata keçirilən qeyri-adi layihə 16 il sonra gözlənilməz nəticə verib.

“Yeni Sabah” xəbər verir ki, hadisə 1997-ci ildə Kosta-Rikanın Quanakaste Milli Parkında baş verib.

Ekoloqlar Daniel Janzen və Vinni Hallvaks maldarlıq səbəbindən yararsız hala düşmüş torpaq sahəsini yenidən canlandırmaq üçün sitrus meyvələri istehsal edən şirkətlə əməkdaşlığa başlayıblar. Dördpendirli pizza

Layihə çərçivəsində meyvə şirəsi zavodundan çıxan təxminən 12 min ton portağal qabığı 3 hektarlıq əraziyə tökülüb. Məqsəd qabıqların zamanla çürüyərək torpağı üzvi maddələrlə zənginləşdirməsi olub.

16 il sonra tədqiqatçılar əraziyə qayıdanda böyük dəyişikliklə qarşılaşıblar. Vaxtilə quraq və yararsız olan sahə sıx meşəyə çevrilib. Burada iri ağaclar bitib, zəngin bitki örtüyü formalaşıb və müxtəlif canlı növləri üçün əlverişli mühit yaranıb.

Mütəxəssislər müəyyən ediblər ki, portağal qabığı tökülən ərazidə torpağın qida maddələri və üzvi maddə ilə zənginliyi, qabıq tökülməyən qonşu sahələrlə müqayisədə xeyli artıb.

Alimlərin sözlərinə görə, portağal qabıqları çürüdükcə torpağın quruluşunu yaxşılaşdırıb, faydalı mikroorqanizmlərin və həşəratların çoxalmasına, yerli bitkilərin sürətlə inkişaf etməsinə şərait yaradıb. Eyni zamanda, yaranan qalın üzvi təbəqə zərərli alaq otlarının yayılmasının da qarşısını alıb.

Mütəxəssislər bildirirlər ki, hər ekosistemdə eyni nəticəni gözləmək olmaz. Bununla belə, Kosta-Rikada aparılan bu təcrübə üzvi tullantıların düzgün istifadə edildiyi halda təbiətin bərpasına ciddi töhfə verə biləcəyini göstərib.

Əsmətxanım Rzazadə

 

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!