"Disney" Conni Deppi "Qəraib dənizinin quldurları"na qaytarmaq istəyir.
Yenisabah.az "Daily Mail"ə istinadla xəbər verir ki, kapitan Cek Sərçə roluna görə şirkət aktyora kifayət qədər böyük məbləğdə - 301 milyon dollar ödəməyi planlaşdırır.
Conni Depp “Qəraib dənizinin quldurları 6” filmində və “Qara Mirvari” kapitanının erkən həyatından bəhs edən Disney+ spin-off seriyasında Cek Sərçə rolunu yenidən canlandıracaq. Marqarita pizza
59 yaşlı aktyor son 15 ildə beş pirat filmdə rol alıb. 2018-ci ildə o, keçmiş arvadı Ember Hörd ilə məhkəmə çəkişməsinə görə çəkilişdən xaric edilib.
Telegram kanalımız