“Çörək pulları” kəsilən kəndlər - SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

“Çörək pulları” kəsilən kəndlər - SİYAHI

Sosial

17 May 2024 15:31 556


Xəbər verdiyimiz kimi, Füzuli və Ağdam rayonunlarının bir sıra kəndlərində yaşayan vətəndaşlara vahid aylıq müavinətin ödənilməsi mayın 1-dən etibarən dayandırılıb. 

Yenisabah.az-ın məlumatına görə, Füzuli və Ağdam rayonlarının vaxtilə işğala məruz qalmış və ya düşmənlə təmas xəttinə yaxın olan, 1994-cü ilin may ayında imzalanmış atəşkəs müqaviləsindən sonra dinc həyatın bərpa edildiyi yaşayış məntəqələrinə qayıdan vətəndaşlara el arasında “çörək pulu” deyilən 60 manatlıq sosial müavinət verilməyəcək.

Müavinətlərin dayandırılması Füzuli rayonunun 1 şəhər və 21 kəndində, Ağdam rayonun 7, Cəbrayılın 1 kəndində yaşayan sakinlərə tətbiq edilib. pizza sifarişi

Szöügedən kəndlər aşağıdakılardır:

Füzuli rayonunda:

Horadiz şəhəri, Araz Zərgər, Araz Dilağarda, Araz Yağlıvənd, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədbəyli, Murtuzalılar, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Qarabağ, Bala Bəhmənli, Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli, Babı, Arayatılı, Mollaməhərrəmli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndləri.

Ağdam rayonunda:

Əfətli, Qaradağlı, Zəngişallı, Çəmənli, Əhməfağalı Xındırıstan, Üçoğlan, Quzanlı və Təzəkənd kəndləri.

Cəbrayıl rayonunda:

2017-ci ildə bərpa olunmuş Cocuq Mərcanlı kəndi/Modern.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!