Cüneyt Arkın son mənzilə yola salındı

saytların hazırlanması

Evə çatdırılma

Cüneyt Arkın son mənzilə yola salındı

Şou

30 İyun 2022 14:40 1756


85 yaşında dünyasını dəyişən ustad aktyor Cüneyt Arkın dəfn olunub.

Yenisabah.az xəbər verir ki, dəfndən əvvəl Arkının cənazəsi motosikletçilərin müşayiəti ilə Atatürk Mədəniyyət Mərkəzinə aparılıb.

Ürək dayanmasından vəfat edən Yeşilçamın unudulmaz aktyoru son mənzilə yaxınlarının əhatəsində yola salınıb. Bundan əvvəl Cüneyt Arkın nəşi yuyulmaq üçün xanımı Betül Cüreklibatır, oğulları Murat Arkın, Kaan Cüreklibatır və digər yaxınları tərəfindən Zincirlikuyu ölüxanasına aparılıb. pizza

Arkının Türkiyə bayrağına bükülmüş tabutu cənazə maşınına qoyulub. Göz yaşlarını saxlaya bilməyən Murat Arkın atasının tabutunu qucaqlayaraq ağlayıb. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!