“Çünki o pulu əyri yolla gətirirdim evə” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Çünki o pulu əyri yolla gətirirdim evə” - VİDEO

Sosial

10 Avqust 2026 10:29 508


“Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov atasından və övladlarına münasibətindən danışıb.

“Yeni Sabah” xəbər verir ki, o, “Zarafat bir yana” verilişində bu barədə sualları cavablandırıb.

İ.Axundov bildirib ki, sahə ustası işlədiyi vaxtlarda da kifayət qədər imkanlı olub. O, qazancının bir qismini atasına verdiyini, lakin pulun əldə edilmə formasına görə atasının bundan narahat olduğunu deyib: Marqarita pizza

“Mən sahə ustası işləyəndə də çox imkanlı adam olmuşam. Atam yanıma gələndə pulu uzadırdım ki, nə qədər istəyirsən götür. Gülürdü, çox xoşuna gəlirdi. Atam sağ olanda, evə çox pul gətirəndə qorxurdu və məni söyürdü. Çünki o pulu əyri yolla gətirirdim evə. Elə yolla qazanırdım ki, bunu heç yerdə demək olmaz.

Mən həmişə deyirəm ki, dünyada tam düzgün adam tapmaq olmaz. Hamı oğurluq edə bilər, amma nisbət məsələsi var. Atam mənə qarşı qəddar olmasaydı, bu səviyyəyə gəlib çıxmazdım”.

İş adamı övladlarının təhsili ilə bağlı qərarından da söz açıb. O, uşaqlarına vaxtında istədiyi səviyyədə ali təhsil verə bilmədiyini, lakin nəvələrinin Amerikada təhsil aldığını bildirib:

“Övladlarıma istədiyim ali təhsili verə bilmədim, amma nəvələrim oxudu. Böyük oğlum xahiş etdi ki, uşaqlarına pul verməyim. “Sən onlara pul versən, istədiyimizi əldə edə bilməyəcəyik”. Doğrudan da vermədim. Təhsili Amerikada aldılar”.

İsfəndiyar Axundov nəvələrinin onunla və ataları ilə işlədiyini də qeyd edib:

“Biri atası ilə, biri də mənimlə işləyir. Əyninə kombinezon geyinib torpağın içində çalışırdı. Demişdim, sənə yaxşı maaş verəcəm. İndi isə pulu masaya qoyuram, deyirəm, istədiyin qədər götür. Soruşur ki, əvvəllər niyə vermirdin? Deyirəm, həm atan xahiş etmişdi, həm də sənə pul versəydim, bu dərəcədə oxumazdın”.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!