Daha 250 vətəndaşımız Rusiyadan gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Daha 250 vətəndaşımız Rusiyadan gətirildi

Sosial

23 İyun 2020 15:01 1065


Bu gün Rusiyadan daha 250 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Yenisabah.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Dağıstan Muxtar Respublikasının rəhbəri Vladimir Vasiliev və Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev arasında dövlət sərhədindən keçərək vətənə dönən Azərbaycan vətəndaşlarının sayının artırılması barədə razılığ əldə olunub.

Vətəndaşlar Samur sərhəd-keçid məntəqəsi vasitəsi ilə Azərbaycan tərəfə keçib. Vətənə qayıdan vətəndaşlar koronavirus epidemiyası ilə əlaqədar görülən tədbirlər çərçivəsində bir müddət xüsusi hazırlanmış düşərgədə karantində saxlanılacaqlar. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!