Daha bir sevindirici nəticə: Bu şəxslərin sayı 9 dəfə azaldı -   RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Daha bir sevindirici nəticə: Bu şəxslərin sayı 9 dəfə azaldı - RƏSMİ

Rəsmi

08 Oktyabr 2026 09:40 162


Probasiya sahəsində həyata keçirilən tədbirlər nəticəsində probasiya şərtlərini pozan şəxslərin sayında kəskin azalma müşahidə olunur.

Bu barədə "Yeni Sabah"a ədliyyə naziri Fərid Əhmədovun "Report" və İTV-yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, 2023-cü ilin sonunda probasiya şərtlərini pozan şəxslərin sayı 842 nəfər olduğu halda, 2025-ci ilin sonunda bu göstərici 9 dəfə azalaraq 93 nəfərə düşüb. pizza mizza

F.Əhmədov qeyd edib ki, probasiya fəaliyyətinin genişləndirilməsi və təkmilləşdirilməsi məqsədilə 2027–2031-ci illəri əhatə edən konsepsiya hazırlanıb. Hazırda konsepsiya layihəsi hökumətdə razılaşdırılır.

Nazir bildirib ki, sosial adaptasiya və məhkumların reabilitasiyası əsas prioritet istiqamətlərdəndir. Onun sözlərinə görə, probasiya nəzarətində olan şəxslərin sosial reabilitasiyasının təmin edilməsi onların yenidən cinayət törətməsinin qarşısının alınmasında mühüm rol oynayır.

F.Əhmədov əlavə edib ki, görülən tədbirlər nəticəsində probasiya nəzarətində olan şəxslər arasında təkrar cinayət törətmə halları da təxminən 15 faiz azalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!