Daha iki jurnalist koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Daha iki jurnalist koronavirusa yoluxdu

Sosial

23 İyun 2020 14:45 978


Azərbaycanda daha iki jurnalist koronavirus infeksiyasına yoluxub. Cebhe.info saytının və “Cümhuriyyət” qəzetinin  əməkdaşı Müşfiq Abdulla və bacısı, “Palitra” nəşrinin müxbiri, dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayevadan götürülmüş testlər pozitiv çıxıb. 

Müşfiq Abdulla Yenisabah.az-a açıqlamasında bildirib ki, əvvəlcə xanımı infeksiyaya yoluxub. Daha sonra isə virus ona və bacısına keçib. “Yoldaşımda virus artıq ağcıyərə düşüb. Hazırda hər üçümüz Atletlər Kəndindəyik. Məndə qızdırma və öskürək var. Bacımda isə qızdırma və halsızlıq. Bizim vəziyyətimiz bir az yaxşıdır. Amma yoldaşımda artıq pnevmaniyadır”, - deyə junalist bildirib.

Müşfiq Abdullanın sözlərinə görə, onları bu gün Atletlər Kəndinə gətiriblər. “İndi müalicə başlamalıdır. Deyiblər dərman verəcəyik”, - deyə jurnalist əlavə edib. Marqarita pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!