Dədə Süleymanın oğlu: “Füzulidəki evi Nanəyə verdik”

saytların hazırlanması

Evə çatdırılma

Dədə Süleymanın oğlu: “Füzulidəki evi Nanəyə verdik”

Şou

12 Dekabr 2022 15:37 2017


Oktyabr ayında 83 yaşında vəfat edən Əməkdar artist Süleyman Abdullayevin (Dədə Süleyman) vəsiyyəti müzakirələrə səbəb oldu. Belə ki, onun aparıcı Nanə Ağamalıyevaya evini vəsiyyət etməsini pərəstişkarlarından bəziləri qeyri-real hesab etdi, bəziləri bunun mümkünsüzlüyünü bildirdi. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan sənətçinin oğlu Cümşüd Abdullayev sözügedən vəsiyyətin yerinə yetirildiyini bildirib:

“Hər şey yolunda getdi. Atam necə vəsiyyət etmişdisə, o cür də oldu. Füzulidəki ev Nanəyə verilib”.  Toyuqlu pizza

Qeyd edək ki, Süleyman Abdullayev əslən Füzuli rayonunun Qoçəhmədli kəndindəndir. Qoçəhmədli kəndi 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində işğaldan azad olunub. Ermənilərin xaraba qoyduğu Qoçəhmədli kəndinin inşasına hələ başlanılmayıb. 

ƏSMƏTXANIM 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!