Mərakeşdən İspaniyanın Seuta şəhərinə üzərək keçməyə çalışan miqrantlarla bağlı faciənin miqyası daha da böyüyüb.
"Yeni Sabah" xəbər verir ki, son məlumatlara əsasən, hadisə nəticəsində həyatını itirənlərin sayı 90 nəfərə yüksəlib. İspaniya təhlükəsizlik qüvvələri sahilboyu ərazilərdə 74 nəfərin meyitini aşkarlayıb. Mərakeş tərəfi isə əlavə olaraq daha 16 cəsədin tapıldığını açıqlayıb.
Bu arada, avqustun 1-də səhər saatlarından etibarən İspaniya Seuta şəhərindəki Tarajal sərhəd məntəqəsində qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə yeni üzən maneələrin quraşdırılmasına başlayıb. pizza
Məlumata görə, təxminən 500 metr uzunluğunda olan maneənin hündürlüyü 30-70 santimetr arasında dəyişir. Qurğunun 1 metrədək sualtı hissəsi və dəniz dibinə bərkidilmiş şamandıra sistemi də mövcuddur. Bununla yanaşı, sərhəd bölgəsində xidmət aparan patrul qayıqlarının hərəkəti üçün xüsusi keçid saxlanılıb.
Telegram kanalımız