Deputat Azərbaycanla bağlı sevindirən xəbəri açıqladı:   Artım var!

saytların hazırlanması

Evə çatdırılma

Deputat Azərbaycanla bağlı sevindirən xəbəri açıqladı: Artım var!

İqtisadiyyat

30 Sentyabr 2026 11:29 9874


Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 90 milyard dolları ötüb.

“Yeni Sabah” xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. O qeyd edib ki, 2025-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 85,1 milyard dollar olduğu halda, 2026-cı ildə bu göstərici 90 milyard dollardan çox olub.

Deputatın sözlərinə görə, Azərbaycan strateji valyuta ehtiyatları ÜDM-dən çox olan azsaylı dövlətlər sırasındadır. Valyuta ehtiyatları ölkənin illik ÜDM-ni 12 faiz üstələyir və bu göstəriciyə görə Azərbaycan dünyada ilk onluqda yer alır. Məişət texnikası

Vüqar Bayramov hazırda Dövlət Neft Fondunun 73 milyard dollar aktivinin olduğunu, Mərkəzi Bankın ehtiyatlarının isə 2025-ci ilin sonunda 11,5 milyard dollardan 2026-cı ildə 15,3 milyard dollaradək yüksəldiyini bildirib.

Onun sözlərinə görə, valyuta ehtiyatlarının artması ölkə iqtisadiyyatında möhkəm təhlükəsizlik yastığının formalaşdığını göstərir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahim
    SEVİNDİRİCİ XƏBƏR O. OLARDIKİ HƏMİN VƏSAİT. MÜFTƏ MƏVACİB ALAN DEPUTATLARA. YOX ZƏHMƏTKEŞ MÜƏLLİMLƏRƏ, HƏKİMLƏRƏ, KƏNDLİ. VƏ FƏHLƏLƏRİN TƏQAÜDLƏRİNİN ARTIMINA YÖNƏLDİLSİN.
    2 months ago
  • Xəyal
    Ay qardaş ona görəmi bu millət banklara külli miqdarda borcalanın? Niyə yalan danışırsız? Ayıb deyil bu günə kimi hansı millət vəkili sıradan bir vətəndaşla maraqlanıb? Gələnlər qəbul edilənlər hamısı tapşırılmış yönləndirilməsi adamlardı. ALLAHDAN QORXUN BU MİLLƏTİ BU XALQİ BƏSDİ ƏZDİZ, CƏNAB PREZİDENTƏDƏ YALAN STATİSTİK MƏLUMATLARİN BİR GUN İNSALLAH USTU ACİLAR ODA ƏLACİN YAXSİ BİLİR.
    2 months ago