Fransada kütləvi kiberhücum nəticəsində 22 milyon istifadəçinin şəxsi məlumatları ələ keçirilib. Hücum ölkənin milli poçt şirkətinə bağlı platformanı hədəf alıb.
“Yeni Sabah” xarici mətbuata istinadən xəbər verir ki, Fransanın milli poçt şirkəti La Poste-a məxsus Maileva platforması sentyabrın ortalarında kiberhücuma məruz qalıb.
Hücum nəticəsində platformadan istifadə edən 22 milyon şəxsin şəxsi məlumatlarının oğurlandığı bildirilir. Məişət texnikası
La Poste şirkətindən verilən açıqlamada hadisə ilə bağlı Fransanın Şəxsi Məlumatların Mühafizəsi Qurumuna məlumat verildiyi və araşdırmaya başlanıldığı qeyd olunub.
Qeyd edək ki, Fransada son dövrlər bir sıra kiberhücumlar qeydə alınıb. Ölkənin Credit Mutuel Arkea bankına edilən hücum zamanı 133 milyon dollardan çox kriptovalyutanın oğurlandığı bildirilmişdi. Həmçinin oktyabrda yüzlərlə supermarketin soyutma sistemləri hədəfə alınmış, nəticədə ərzaq məhsulları xarab olmuş və maddi ziyan yaranmışdı.
Telegram kanalımız