ABŞ-ın SpaceX şirkəti kosmos tarixində ilkə imza atıb. Starship kosmik gəmisi təxminən 22 saatlıq uçuşdan sonra xüsusi mexaniki qollar vasitəsilə buraxılış qülləsində uğurla tutulub.
“Yeni Sabah” xəbər verir ki, milyarder İlon Maskın təsis etdiyi SpaceX şirkəti bu uğura Texas ştatındakı Starbase kosmodromunda keçirilən sınaq zamanı nail olub.
Starship-in yuxarı mərhələsini təşkil edən kosmik aparat orbitdəki uçuşunu başa vurduqdan sonra “Mechazilla” adlı buraxılış qülləsinin nəhəng mexaniki qolları tərəfindən havada tutulub. İnternet mağaza
Beləliklə, tarixdə ilk dəfə orbitə çıxmış kosmik aparat buraxılış qülləsinin mexaniki qolları ilə havada qarşılanaraq Yerə qaytarılıb.
Sınaq zamanı raketin aşağı mərhələsi olan “Super Heavy” gücləndiricisinin geri qaytarılması isə uğursuz olub. Onun trayektoriyasında problem yarandığından uçuş dayandırılıb və gücləndirici Meksika körfəzinə çatmadan havada partlayıb.
Eyni uçuş zamanı 26 yeni nəsil Starlink V3 peyki də orbitə yerləşdirilib.
Starship-in hər iki mərhələsinin təkrar istifadə edilməsi kosmosa uçuşların xərclərini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır. Texnologiyanın gələcəkdə NASA-nın Ay missiyalarında və SpaceX-in Marsa insan göndərmək planlarında da istifadə edilməsi nəzərdə tutulur.
Telegram kanalımız