Deputat peyvənləməyə diqqəti artırmağa çağırış etdi

saytların hazırlanması

Evə çatdırılma

Deputat peyvənləməyə diqqəti artırmağa çağırış etdi

Sosial

18 Yanvar 2024 12:07 325


Peyvəndlənmə ilə bağlı müzakirələrə diqqət artırılmalıdır.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, ölkəmizdə vaksinasiyaya münasibətdə ciddi dəyişiklik olmalıdır: Dördpendirli pizza

“İnsanlar arasında mənfi fikirlər yayılır, hətta həkimlər arasında belə fikirdə olan insanlar var. Komitədə keçirilməsi nəzərdə tutulan dinləmədə əsas müzakirə mövzusu peyvəndlənmə olmalıdır. İnsanları inandırmalıyıq ki, övladlarının yoluxucu xəstəlikdən dünyasını dəyişməsini istəmirlərsə, bunun yolu peyvəndlənmədir. Uşaqlarımız vaksindən kənarda qalır. Bu günlərdə qızılcaya yoluxan insanların tam əksəriyyəti yox, 100 % hamısı peyvənd olunmayan insanlardır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!