Deputatın qardaşı işdən çıxarıldı, yerinə YAP rəsmisi gətirildi

saytların hazırlanması

Evə çatdırılma

Deputatın qardaşı işdən çıxarıldı, yerinə YAP rəsmisi gətirildi

Siyasət

05 Dekabr 2025 14:09 11804


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kadr dəyişikliyi olub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə qurumun sədri Ramin Məmmədov əmr imzalayıb.

Əmrə əsasən, Dövlət Komitəsinin Maliyyə və təchizat şöbəsinin müdiri Oqtay Hüseynov vəzifəsindən azad edilib. Sezar pizza

Digər əmrlə, Mahir Abbasəliyev həmin şöbəyə rəhbər təyin olunub.

Qeyd edək ki, işdən çıxarılan Oqtay Nəsir oğlu Hüseynov Milli Məclisin deputatı Aydın Hüseynovun qardaşıdır. O.Hüseynov uzun illər Dini Komitədə işləyib, qurumun Aparat rəhbəri olub.  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Maliyyə və təchizat şöbəsinin müdiri vəzifəsinə gətirilən Mahir Abbasəliyev isə uzun illər hakim Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında işləyib. O, partiyanın İcra Katibliyinin İşlər idarəsinin müdiri, Siyasi Şurasının və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının üzvü olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!