DİM sədri keçid ballarının artacağını bildirdi

saytların hazırlanması

Evə çatdırılma

DİM sədri keçid ballarının artacağını bildirdi

Sosial

31 İyul 2026 15:50 983


Bu il l ixtisas qrupu üzrə 300–400 bal intervalında keçid ballarının artacağı gözlənilir.

"Yeni Sabah" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərin sullarını cavblandırarkən deyib.

Onun sözlərinə görə, l ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal azalacağı gözlənilir: Dördpendirli pizza

"500–600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər. 400–500 bal aralığında da keçid ballarının təxminən 5 bal aşağı düşəcəyi proqnozlaşdırılır. Bunun əksinə olaraq, 300–400 bal intervalında keçid ballarının artacağı gözlənilir. Çünki bu bal aralığında nəticə göstərən abituriyentlərin sayı artıb və bu da müsabiqə şəraitinə təsir göstərə bilər".

DİM sədri vurğulayıb ki, II ixtisas qrupu üzrə bütün bal intervallarında keçid ballarında cüzi azalma proqnozlaşdırılır: "Bu azalma əsasən 1–3 bal arasında dəyişə bilər. 300–400 bal intervalında isə keçid ballarının 12 bala qədər aşağı düşməsi mümkündür. Lakin 200–300 bal aralığında vəziyyət fərqlidir. Bu intervalda nəticə göstərən abituriyentlərin sayı artdığı üçün müsabiqə güclənə bilər və nəticədə keçid ballarında 3–4 ballıq artım gözlənilir".

M.Abbaszadənin sözlərinə görə, III ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda balların 3–4 bal azalması mümkündür:

"Ancaq 500–600 bal intervalında nəticələr daha sıxdır və burada keçid ballarının 3–4 bal artacağı ehtimal edilir. Eyni zamanda 400–500, 300–400 və 200–300 bal intervallarında da keçid ballarının təxminən 1–8 bal artacağı proqnozlaşdırılır. IV ixtisas qrupu üzrə isə müsabiqə vəziyyəti daha gərgindir. Hazırda apellyasiya nəticələri açıqlanmasa da, artıq 1000-dən çox abituriyent 600-dən yuxarı bal toplayıb. Buna görə də 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 15–17 bala qədər artacağı gözlənilir".

"Məsələn, ötən il hər hansı bir ixtisasa 605 balla qəbul mümkün idisə, bu il həmin ixtisasa qəbul üçün daha yüksək bal tələb oluna bilər. 500–600 bal intervalında da keçid ballarında artım gözlənilir. Bununla yanaşı, 400–500 bal intervalında keçid ballarının ötən illə müqayisədə əsasən sabit qalacağı, 200–300 bal intervalında isə müəyyən qədər azalacağı proqnozlaşdırılır"- DİM sədri əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!