DİN Sabirabadda baş verən ağır yol qəzası ilə məlumat yaydı

DİN Sabirabadda baş verən ağır yol qəzası ilə məlumat yaydı

Hadisə Veb saytların hazırlanması

18 Sentyabr 2023 22:00 275


Daxili İşlər Nazirliyi (DİN) Sabirabadda baş verən ağır yol qəzası ilə məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a cavab olaraq bildirilib ki, bu gün axşam saatlarında Sabirabad rayonu ərazisində hərəkətdə olan İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Stansiyasının balansında olan "Mercedes" markalı nəqliyyat vasitəsi ilə "VAZ-21015" markalı nəqliyyat vasitəsi toqquşub.

Hadisə nəticəsində "Mercedes" markalı nəqliyyat vasitəsində biri TTYS-nin əməkdaşı olmaqla 3 nəfər, "VAZ-21015" markalı nəqliyyat vasitəsində isə 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!