Dini mərasimə gedənlər faciə ilə üzləşdi   – 13 ölü, 43 yaralı...

saytların hazırlanması

Evə çatdırılma

Dini mərasimə gedənlər faciə ilə üzləşdi – 13 ölü, 43 yaralı...

Dünya

07 Sentyabr 2026 20:22 129


Meksikada dini mərasim zamanı baş verən partlayış faciəyə səbəb olub. İnsanların bayram üçün toplandığı ərazi bir anda tüstü və dağıntılar içində qalıb.

“Yeni Sabah” xəbər verir ki, hadisə ölkənin mərkəzində yerləşən Temascalcingo bələdiyyəsinin Santa María Canchesdá yaşayış məntəqəsində baş verib.

Məlumata görə, dini festival keçirilən ərazidə kilsənin anbar kimi istifadə etdiyi hissədə pirotexniki vasitələr saxlanılıb. Həmin materialların partlaması nəticəsində güclü partlayış baş verib. Dominos pizza

Hadisə nəticəsində ilkin məlumata əsasən, 13 nəfər həyatını itirib, 43 nəfər yaralanıb. Yaralananlar arasında iki keşişin də olduğu bildirilir.

Partlayışın gücündən ərazidəki divarlardan biri uçub. Hadisənin dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma başladılıb.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!