“Diplomatiya əvəzinə daha çox siçovul boğmaqla məşğul olmalı idim” -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Diplomatiya əvəzinə daha çox siçovul boğmaqla məşğul olmalı idim” - VİDEO

Siyasət

10 May 2025 22:32 828


"Mənim xahişimlə cənab Prezident (Heydər Əliyev - red.) XİN-ə yeni bina verdi. Qoşa Qala Qapısı yaxınlığında yerləşən nazirlik Kənd Təsərrüatı Nazirliyinin binasına köçdü. İndi yerləşdiyi binaya. O vaxtlar bina bərbad vəziyyətdə idi. Hələ təmir üçün də vəsait ayrılmamışdı. Təsəvvür edin, siz qəbul keçirirsiz. Qonağınız sanitar otağa (ayaqyoluna - red.) keçmək istəyir. Orda da siçovul əlindən tərpənmək mümkün deyil".

Yenisabah.az xəbər verir ki, bunu "Astar" YouTube layihəsinə keçmiş XİN rəhbəri Tofiq Zülfüqarov deyib.

O əlavə edib: "İşıq sönürdü, su təchizatı saat hesab idi. Mən anbar düzəltmişdim ki, su daimi olsun. Daha çox bu işlərlə məşğul olmalı idim, nəinki diplomatiya ilə. Yəni daha çox siçovulları məhv etməyi düşünməliydim". Sezar pizza

Əziz Rzazadə

Daha ətraflı videoda:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!