Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən bir sıra yolötürücülərində instrumental müayinə işləri davam etdiriləcək.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, müayinələrin aparılacağı tarix və ünvanlar təqdim olunan vizualda əks olunub. pizza
İnstrumental müayinələrin aparılmasında əsas məqsəd körpü və yolötürücülərinin etibarlı istismarını təmin etmək, mümkün riskləri vaxtında müəyyənləşdirmək və hərəkət təhlükəsizliyini artırmaqdır.
Aytac Əliyeva
Telegram kanalımız