Dörd bürclə bağlı xəbərdarlıq – Günəş tutulmasının təsiri

saytların hazırlanması

Evə çatdırılma

Dörd bürclə bağlı xəbərdarlıq – Günəş tutulmasının təsiri

Maraqlı

13 Avqust 2026 11:06 130


Avqustun 12-də baş verən Günəş tutulmasından sonra astroloqlar onun bürclərə təsirlərini gündəmə gətirib.

“Yeni Sabah” xəbər verir ki, Şir bürcündə baş verən tutulma astroloji şərhlərdə yeni başlanğıclar, mühüm qərarlar, münasibətlər və həyatın istiqamətini dəyişə biləcək hadisələrlə əlaqələndirilir.

 Astroloji təhlillərə görə, tutulmanın təsirini ən çox hiss edə biləcək bürclər Şir, Dolça, Buğa və Əqrəbdir. Xüsusilə Günəş, Ay və ya yüksələn bürcü bu bürclərin müəyyən dərəcələrində olan şəxslərin tutulmadan daha güclü təsir ala biləcəyi bildirilir. Sezar pizza

 Şir - Həyatınızda yeni səhifə açmaq, xarici görünüş, şəxsi məqsədlər və münasibətlərlə bağlı mühüm qərarlar gündəmə gələ bilər.

 Dolça - İkili münasibətlər, evlilik və tərəfdaşlıqlar ön plana çıxa bilər. Bəzi münasibətlərdə yeni mərhələyə keçid yaşanarkən, bəzi insanlar üçün ayrılıq gündəmə gələ bilər.

 Buğa - Ev, ailə, köç və yaşayış tərzində dəyişikliklər baş verə bilər. Ailədə uzun müddətdir müzakirə olunmayan məsələlər yenidən gündəmə gələ bilər.

 Əqrəb - Karyera və cəmiyyətdəki mövqe ön plana çıxacaq. İş dəyişikliyi, yeni məsuliyyətlər və peşəkar həyatda diqqətçəkən hadisələr yaşana biləcəyi qeyd olunur.

Şir bürcünün sevgi, romantika və özünüifadə ilə əlaqələndirilməsi səbəbindən Günəş tutulmasının münasibətlər baxımından da mühüm dövr başlada biləcəyi bildirilir.

Astroloji şərhlərə görə, yeni münasibətlər yarana, davam edən münasibətlərdə evlilik və ya ayrılıq kimi mühüm qərarlar gündəmə gələ bilər. Uzun müddət təxirə salınan emosional məsələlərin də yenidən ortaya çıxacağı ehtimal edilir.

Astrologiyada tutulmaların təsirinin yalnız baş verdiyi günlə məhdudlaşmadığı qəbul edilir. Tutulma ilə əlaqələndirilən hadisələrin qarşıdakı təxminən 6 ay ərzində özünü göstərə biləcəyi vurğulanır.

Astroloqlar bu səbəbdən tutulma dövründə ani qərarlar verməkdənsə, hadisələrin inkişafını izləməyi və ortaya çıxan dəyişikliklərə uyğunlaşmağı tövsiyə edirlər.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!