Dövlət Agentliyindən Şahbaz Quliyevin etirazına   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

Dövlət Agentliyindən Şahbaz Quliyevin etirazına CAVAB

Sosial

01 Aprel 2022 18:18 332


“Bu gün Bakı şəhərinin mərkəzində etiraz edərək bir neçə sosial şəbəkə səhifəsinə müsahibə verən Tərtər rayon Qarağacı kəndində qeydiyyatda olan Quliyev Şahbaz Cəlal oğluna 17.06.2021-ci il tarixdən ümumi səbəbdən II qrup əlillik təyin edilib. Buna görə o, aylıq olaraq 180 manat məbləğində müavinət alır”.

Yenisabah.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Strateji əlaqələr departamentinin direktoru Mayis Musayev bildirib. Onun sözlərinə görə, Ş. Quliyevin çıxışında ödənişdən imtina edildiyi barədə fikir səhvdir:

“Belə ki, müavinətini aylıq olaraq vətəndaş öz bank kartı vasitəsilə əldə edir. Bununla yanaşı, onun həyat yoldaşı Qarayeva Təranə şirniyyat sahəsi üzrə, bacısı oğlu Qarayev Rəşad inkubator zərfi üzrə özünüməşğulluq proqramına cəlb edilib. Yaxın vaxtlarda hər ikisinin aktivlərlə təmin edilməsi nəzərdə tutulub. Şahbaz Quliyevə isə bu ilin 30 martında heyvandarlıq sahəsi üzrə təsərrüfatın qurulması təklif edilib. O öz təsərrüfatının Tərtər rayonunda quracağını, gələn həftə məşğulluq filialına yaxınlaşacağını bildirib. pizza hut

Həmçinin, ailəsinə 4 dəfə səfər olunaraq psixo-sosial dəstək göstərillib.

Ş.Quliyevin işlə təmin edilmək üçün 10 il staj tələbi iddiası isə həqiqəti əks etdirmir” – o qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!