Dövlət İmtahan Mərkəzi keçid ballarını AÇIQLADI

saytların hazırlanması

Evə çatdırılma

Dövlət İmtahan Mərkəzi keçid ballarını AÇIQLADI

Sosial

26 Avqust 2021 11:26 41187


Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 3-cü nömrəsi və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını nəşr edib.

Yenisabah.az xəbər verir ki, “Abituriyent” jurnalının 3-cü nömrəsində 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim olunub.

Qeyd edək ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 2021-ci il avqustun 27-dən sentyabrın 7-dək internet vasitəsilə aparılacaq. pizza mizza

DİM həmçinin ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2020-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını da ayrıca kitabça şəklində nəşr edib.

Mərkəzə daxil olan müraciətlərdən görünür ki, abituriyentləri ötən illərdə orta ixtisas təhsili müəssisələrinin ayrı-ayrı ixtisaslarına müsabiqə zamanı formalaşmış keçid balları da maraqlandırır. Bu da təbiidir, çünki keçid balları ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır.

Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur. Bununla belə burada oxşar meyillər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdən qaçırmamalıdırlar.

Jurnalları DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nuray
    Salam Naxçıvan tibb kollecinin keçib ballarını deyərdizdə zəhmət olmasa ən aşağı necəsən götürülür 88.8 balla qəbul olmaq mümkündürmu?
    5 years ago
  • Səidə
    Məncə qəbul ballarını artırmaq abituriyentleri ruhdan salacaq .
    5 years ago
  • İlkin
    Salam mən şəxsi səyfeme girə bilmirəm yazılır ki fin kod sehfde bunu bərpa etmək üçün seher sizin idarəyə gələ bilərəm?
    5 years ago
  • İlahə Məmmədova
    Xəhmət olmasa C.Naxçıvanski hərbi məktəbə keçid balı bilən varsa yazsın
    5 years ago
  • Mustafazadə Fatimə
    Salam mən 106 bal yığmışam bakıya pulsuz bir ixtisasa düşə bilərəm?
    5 years ago
  • Aysu
    Salam bu il ipdidai sinif müəllimliyi var
    5 years ago
  • Sevinc
    Salam qızim 90bal yiqib maliye kimi yerlere dusurmi birde qeydiyatdan kecmeyib kece bilermi
    5 years ago
  • Raul
    Salam.Mən FHN-nin keçid balını bilmək istəyirəm. Zəhmət olmasa detə bilərsiz keçid balı nə qədərdir??
    5 years ago
  • Raul
    Salam.Mən FHN-nin keçid balını bilmək istəyirəm. Zəhmət olmasa detə bilərsiz keçid balı nə qədərdir??
    5 years ago
  • Raul
    Salam.Mən FHN-nin keçid balını bilmək istəyirəm. Zəhmət olmasa detə bilərsiz keçid balı nə qədərdir??
    5 years ago
  • Raul
    Salam.Mən FHN-nin keçid balını bilmək istəyirəm. Zəhmət olmasa detə bilərsiz keçid balı nə qədərdir??
    5 years ago
  • Raul
    Salam.Mən FHN-nin keçid balını bilmək istəyirəm. Zəhmət olmasa detə bilərsiz keçid balı nə qədərdir??
    5 years ago