Dövlət qurumu ağacların kəsilməsini araşdırır

saytların hazırlanması

Evə çatdırılma

Dövlət qurumu ağacların kəsilməsini araşdırır

Sosial

09 Fevral 2022 18:03 646


Xətai rayonu, Gəncə prospekti 27 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.

Yenisabah.az xəbər verir ki, Xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, əraziyə keçirilən baxış zamanı sakinlər tərəfindən metal torlarla hasarlanmış bağ sahələrinin ətrafındakı hasarların söküntüsü zamanı bir neçə ağacın zədələndiyi, bir sərv ağacının isə gövdəsinin üst hissəsindən sərt budandığı müəyyən edilib:

“Araşdırma zamanı o da məlum olub ki, sözügedən torpaq sahəsi hündürmərtəbəli yaşayış binasının tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə “Həyat Residence” MMC-nin istifadəsinə verilib” - o deyib. Toyuqlu pizza

Hazırda təqsirkarların müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə araşdırma davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!