Dövlət satınalmalarına 10,8 milyard manat xərclənib - Deputat

saytların hazırlanması

Evə çatdırılma

Dövlət satınalmalarına 10,8 milyard manat xərclənib - Deputat

İqtisadiyyat

26 Noyabr 2026 15:17 40


Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda dövlət satınalmaları zamanı maraqların toqquşmasının qarşısını almaq üçün süni intellekt və rəqəmsal həllərdən daha geniş istifadə edilməsini təklif edib.

“Yeni Sabah” xəbər verir ki, deputat "Facebook" hesabında 2025-ci ildə dövlət büdcəsindən dövlət satınalmalarına 10,8 milyard manat vəsaitin yönəldiyini bildirib.

Onun sözlərinə görə, bu, ölkə ÜDM-nin 8,4%-ni təşkil edib. İnternet mağaza

Vüqar Bayramovun sözlərinə görə, ötən il 9 965 elektron tender keçirilsə də, dövlət satınalmalarının dəyər baxımından 54,6%-i, say etibarilə isə 52,4%-i bir mənbədən satınalmaların payına düşüb:

“Bu, bir mənbədən satınalmaların ümumi tenderlərdə payının 50%-dən çox olduğunu göstərir. Bu da dövlət satınalmalarında elektronlaşma və maraqların toqquşması ilə bağlı meyarların daha yaxından nəzərə alınmasını zəruri edir”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!