Bakıda avtomobillərin sərfəli şərtlərlə kreditə satılması barədə sosial şəbəkədə yerləşdirilən elan vətəndaşların aldadılması ilə nəticələnib.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, “TikTok”da yaradılan avtosalon səhifəsində yalançı vədlərlə beh və ilkin ödəniş adı ilə müxtəlif məbləğlər göndərmək təklif olunub.
Avtomobil almaq ümidi ilə göstərilən bank kartına pul köçürən şəxslər isə qısa müddət sonra ya səhifə tərəfindən bloklanıb, ya da zəng və mesajlarına cavab verilməyib. Dələduzluq edən N.Əlizadə saxlanılıb. Onlayn mağaza
Telegram kanalımız