Dövlət tək yaşayanlara da pul ödəyəcək? – Maraqlı açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Dövlət tək yaşayanlara da pul ödəyəcək? – Maraqlı açıqlama

Sosial

30 İyun 2026 14:03 197


Bir çox ölkədə pensiya yaşına çatmamış və tənha yaşayan şəxslər müxtəlif sosial dəstək proqramlarından yararlana bilirlər. Dövlətlər əsasən şəxsin gəlir səviyyəsini, əmlak vəziyyətini, əmək qabiliyyətini, işsiz olub-olmamasını və sosial ehtiyaclarını qiymətləndirərək yardım təyin edirlər.

Məsələn, Almaniyada pensiya yaşına çatmamış, tənha yaşayan və gəliri yaşayış minimumundan aşağı olan şəxslər dövlət tərəfindən sosial yardım ala bilirlər. Yardım yalnız aylıq pul ödənişi ilə məhdudlaşmır. Bir çox hallarda şəxsin kirayə haqqı və isitmə xərcləri də dövlət tərəfindən ödənilir, tibbi sığorta xərcləri qarşılanır və məşğulluq proqramları vasitəsilə yenidən əmək bazarına inteqrasiyası üçün dəstək göstərilir.

Fransada da oxşar yanaşma tətbiq edilir. Gəliri müəyyən edilmiş həddən aşağı olan tənha şəxslər aylıq sosial yardım almaq hüququ qazanırlar. Bununla yanaşı, mənzil kirayəsinə görə dövlət subsidiyası, səhiyyə xərcləri üzrə güzəştlər və enerji ödənişlərinin bir hissəsinin qarşılanması kimi dəstək mexanizmləri də mövcuddur. pizza hut

İtaliyada sosial yardım sistemi son illərdə yenilənib. Hazırda yardımlar əsasən ailənin gəliri, əmlakı və sosial vəziyyəti nəzərə alınmaqla təyin olunur. Tək yaşayan əmək qabiliyyətli şəxslər avtomatik şəkildə sosial müavinət almırlar.

Böyük Britaniyada isə dövlət tərəfindən verilən yardım yaşayış xərclərinin ödənilməsinə yönəlib. Şəxsin gəliri, məşğulluq vəziyyəti və digər sosial göstəricilər nəzərə alınmaqla kirayə xərclərinin bir hissəsi də dövlət tərəfindən qarşılanır. Əgər şəxsin sağlamlıq problemləri varsa, əlavə maliyyə dəstəyi də nəzərdə tutulur.

Skandinaviya ölkələri də sosial müdafiə sisteminin genişliyi ilə seçilir. İsveçdə aşağı gəlirli tənha şəxslər aylıq sosial yardım, mənzil subsidiyası və səhiyyə xidmətlərindən güzəştlərlə istifadə edə bilirlər.

Danimarkada da oxşar model tətbiq olunur. Burada gəliri olmayan və ya çox aşağı olan şəxslər yaşayış müavinəti, kirayə dəstəyi və müxtəlif məşğulluq proqramları ilə əhatə olunurlar.

Finlandiyada isə əsas yaşayış müavinəti ilə yanaşı, kirayə, dərman və bəzi kommunal xərclər üzrə də dövlət dəstəyi göstərilir.

Kanadada sosial yardım proqramları federal hökumət deyil, əyalətlər tərəfindən idarə olunur. Əksər əyalətlərdə tənha yaşayan və aşağı gəlirli şəxslərə aylıq gəlir dəstəyi, kirayə yardımı, dərman təminatı və ərzaq proqramları təqdim edilir.

ABŞ-də isə sosial təminat sistemi Avropa ölkələri ilə müqayisədə daha məhduddur. Burada əsas diqqət ərzaq yardımı, dövlət tibbi sığortası və mənzil subsidiyalarına yönəlib. Sağlam və əmək qabiliyyətli şəxslər üçün nağd sosial ödənişlər isə daha məhdud şəkildə tətbiq edilir.

Region ölkələrində isə sosial yardım mexanizmləri daha çox aztəminatlılıq prinsipinə əsaslanır. Türkiyədə tək yaşamaq müavinət almaq üçün əsas hesab edilmir. Sosial yardımlar əsasən aztəminatlı ailələrə, əlilliyi olan şəxslərə, yaşlılara və xüsusi sosial həssas qruplara verilir. Bununla yanaşı, bəzi bələdiyyələr aşağı gəlirli vətəndaşlara ərzaq, yanacaq və kirayə yardımı göstərirlər.

Gürcüstanda sosial yardım ailənin sosial reytinqi əsasında müəyyən edilir. Tənha yaşayan və gəliri aşağı olan şəxslər aylıq sosial yardım, dövlət tibbi sığortası və bəzi kommunal güzəştlərdən yararlana bilirlər. Ermənistanda da oxşar sistem fəaliyyət göstərir. Burada da aztəminatlı hesab olunan tənha şəxslərə aylıq sosial yardım və müəyyən kommunal güzəştlər təqdim olunur.

Azərbaycanda isə sosial dəstək daha çox ehtiyac meyarı, əlillik, işsizlik və digər qanunla müəyyən edilmiş sosial risklər əsasında göstərilir. Yəni pensiya yaşına çatmamış, əmək qabiliyyətli və tənha yaşayan şəxs yalnız tək yaşadığı üçün dövlət tərəfindən aylıq müavinət almır.

Bəs marqlıdır, gələcəkdə ölkəmizdə də pensiya yaşına çatmayan bu kateqoriyadan olan şəxslərə sosial müavinətlər verilə bilərmi?

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika”ya şərhində bildirib ki, Azərbaycanda da imkanı zəif şəxslər üçün ünvanlı sosial yardım sistemi mövcuddur. Onun sözlərinə görə, hökumət sosial vəziyyəti zəif olan vətəndaşlara ünvanlı sosial yardım təyin edir və müraciətlər elektron qaydada qəbul olunur.

İqtisadçı qeyd edib ki, əsas şərtlərdən biri şəxsin rəsmi gəlirlərinin yaşayış minimumundan aşağı olmasıdır ki, bu halda dövlət vətəndaşın gəlirini yaşayış minimumuna çatdırmaq üçün müvafiq məbləğdə vəsait ödəyir.

X.Kərimlinin sözlərinə görə, ünvanlı sosial yardımın təyin olunması üçün digər meyarlar da nəzərə alınır:“Belə ki, müraciət edən şəxsin ikinci evi və avtomobili olmamalı, həmçinin kommunal xərcləri yüksək olmamalıdır. Ünvanlı sosial yardım məhz elə sosial cəhətdən bu cür həssas təbəqənin minimal sosial şəraitinin təmin olunması məqsədilə dövlət tərəfindən təqdim edilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!