Aparıcı Ülkər Qasımqızı sosial şəbəkədə paylaşdığı video ilə ölkədə ürəyin MRT (EMRT) müayinəsinin əlçatan olmaması ilə bağlı narazılığını ifadə edib.
"Yeni Sabah" Axşam.az-a istinadən xəbər verir ki, o, kardioloqun tövsiyəsi ilə ürəyin MRT müayinəsindən keçməli olduğunu, lakin dövlət xəstəxanalarında bu xidmətin göstərilmədiyini bildirib.
Aparıcının sözlərinə görə, bir müddət əvvəl bu müayinə Yeni Klinikada həyata keçirilsə də, hazırda orada da xidmət dayandırılıb: Dominos pizza
“Məlum oldu ki, ölkəmizdə heç bir dövlət xəstəxanasında ürəyin MRT-si edilmir. Yeni Klinikada var idi, amma bir ay əvvəl bu fəaliyyət də dayandırılıb”.
O bildirib ki, hazırda bu müayinə yalnız bəzi özəl tibb müəssisələrində aparılır və qiymətlər 350-600 manat arasında dəyişir. Ülkər qeyd edib ki, bu məbləğ bir çox vətəndaş üçün əlçatmazdır:
“Elə insanlar var ki, aylıq maaşı 450-500 manatdır. Belə olan halda bir aylıq əməkhaqlarını yalnız bu müayinəyə xərcləməli olurlar”.
O, həmçinin icbari tibbi sığorta ilə bu xidmətdən yararlanmağın da asan olmadığını vurğulayıb.
Sonda Ü.Qasımqızı TƏBİB və Səhiyyə Nazirliyinə müraciət edərək, ürəyin MRT müayinəsinin dövlət xəstəxanalarında da əlçatan olması üçün məsələyə diqqət yetirilməsini istəyib.
Telegram kanalımız