2026-cı il iyulun 1-i tarixinə Azərbaycan Respublikasının dövlət zəmanətli borcunun göstəriciləri məlum olub.
“Yeni Sabah” rəsmi məlumatlara əsasən xəbər verir ki, sözügedən borcun məbləği cari il üzrə 130 milyard 873,5 milyon manat həcmində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 5,5 faizinə bərabər olub. Dövlət zəmanətinin strukturuna nəzər saldıqda məbləğin 68,1 faizinin xarici dövlət zəmanətli kreditlərin, 31,9 faizinin isə daxili dövlət zəmanətli kreditlərin payına düşdüyü görünür. Mütəxəssislərin fikrincə, borcun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması ölkənin maliyyə sabitliyinin göstəricisidir.
Cəlalə pizza hut
Telegram kanalımız