Dünən 35 yaşını qeyd edən aktrisa vəfat etdi

saytların hazırlanması

Evə çatdırılma

Dünən 35 yaşını qeyd edən aktrisa vəfat etdi

Şou

15 İyun 2026 17:31 547


"Kızılcık şerbeti" serialında İşıl obrazını canlandıran məşhur aktrisa Ece İrtem vəfat edib.

"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə aktrisanın vəkili Uğur Gökkoyun məlumat yayıb.

"Ece İrtem bu gün saat 12:00 radələrində dünyasını dəyişib. Hadisə o, öz evində, anası ilə birlikdə olarkən baş verib. İlkin ehtimallara görə, ölümə səbəb miokard infarkt göstərilir. İstintaq prosesi davam edir. Dəqiq səbəb məhkəmə-tibbi ekspertizasının rəyindən sonra bəlli olacaq. Ailəsinə və bütün sevənlərinə dərin hüznlə başsağlığı verirəm", - deyə o bildirib. pizza

Bildirilib ki, aktrisa ötən gün, iyunun 14-də 35 yaşını qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!