Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Dünyada koronavirus kabusu: Bir həftədə 52 min adam ölüb
08 Dek 2021 09:33
225

Dünyada koronavirus kabusu: Bir həftədə 52 min adam ölüb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) noyabrın 29-dan dekabrın 5-dək dünyada koronavirus infeksiyasından ölüm hallarının 10% artdığını qeyd edib.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumat təşkilatın epidemioloji bulletenində əks olunub.

Bildirilir ki, göstərilən müddət ərzində koronavirusdan olənlərin sayı 52,5 min nəfər olub.

Artım daha çox Cənub-Şərqi Asiya (49 faiz) və Amerikada (38 faiz) qeydə alınıb.

COVID-19-a yoluxma halları da qlobal miqyasda artıb, lakin bu artım cəmi 2 faiz təşkil edib. Xəstəliklərin sayında ən çox artım Afrikada baş verib, burada rəqəm 79 faizi artıb.

Ümumilikdə, son bir həftə ərzində 4 105 073 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb, 52 641 nəfər isə dünyasını dəyişib. Yoluxanların 99,8 faizində "delta" ştammı aşkarlanıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər