“Düzgün edirlər, Bakıdakı köhnə evləri sökürlər. Bakı həm itirir, həm qazanır. Hər şeyi sökmək olar, amma əsas olan sökmək deyil, əsas odur ki, yerində nə tikiləcək”.
“Yeni Sabah” xəbər verir ki, bunu Əməkdar artist Bəhram Bağırzadə bildirib.
“Uzun sözün qısası” yutub layihəsində bu barədə danışan aktyor deyib:
“Atam həmişə arzulayırdı ki, "Sovetski"dəki evlərini söksünlər. Mən 1938-ci ildən danışıram. 80 ildən sonra insanlar bunu həyata keçirdi. Orada insanlar əziyyət çəkirdi. Elə evlər var idi ki, doğrudan da sökülməli idi, amma insan kimi. Orada yaşayanları da düşünmək lazımdır. Vəsaiti elə ayırmaq lazımdır ki, gedib adam kimi yaşaya bilsinlər. Çünki həmin insanlar 50 ildən çoxdur ki, orada yaşayıb.
Əvvəlcədən düşünmək lazımdır ki, həmin yerdə nə tikiləcək. Çoxları bilmir ki, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından Çəmbərəkənd parkına qədər hər yer vaxtı ilə qəbiristanlıq olub. İçərişəhərin camaatı dünyasını dəyişən yaxınlarını orada dəfn edirdi. İndi baxın görək, həmin qəbiristanlıq orada qalmalı idi, ya yox?”
Aydan Hacı
Telegram kanalımız