Əcəmi Naxçıvani haqqında film çəkilir

saytların hazırlanması

Evə çatdırılma

Əcəmi Naxçıvani haqqında film çəkilir

Mədəniyyət

30 İyun 2026 17:07 75


Mədəniyyət Nazirliyi tabeliyində Kino Agentliyinin həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişlərinə başlanılıb.

"Yeni Sabah" xəbər verir ki, dövlət sifarişi ilə “Şahdağ Film”in lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illik yubileyinə həsr olunub.

Filmin çəkilişi Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının dəstəyi ilə Şuşa şəhərində, Gəncə şəhərində, Qaradağ rayonunda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilir. pizza

Filmin bu ilin oktyabr ayına kimi təhvil verilməsi planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!