Əhaliyə ŞAD XƏBƏR - Maaşlar artacaq

saytların hazırlanması

Evə çatdırılma

Əhaliyə ŞAD XƏBƏR - Maaşlar artacaq

Sosial

17 Yanvar 2024 17:48 48140


2023-cü ilin orta aylıq əməkhaqqı məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyalar yanvar ayından indeksasiya edilərək artırılıb. Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni, ötən ilin ilk 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb. 

Bəs görəsən 2024-cü ildə ölkəmizdə müxtəlif sektorlarda maaş artımı gözlənilirmi? 

Bununla bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, dövlət sektorunda çalışanların maaşlarında müəyyən artımın olması gözlənilir.  pizza

“Orta aylıq əməkhaqqı artım tempinə uyğun olaraq, təqaüdlərdə indeksləşdirmə aparılmalıdır və bu da təqribən 10-11 faiz civarında artım olması deməkdir. Minimum əməkhaqqı alan və dövlət müəssisələrində işləyənlərin maaşlarında da müəyyən indeksləşmə olacaq. Onun dəqiq faizi hələ ki elan olunmayıb, amma düşünürəm ki, fəaliyyət növündən asılı olaraq, təqribən 5-10 faiz arası artım ola bilər. Özəl sektora gəlincə, burada maaş artımı təəssüf ki, hər hansısa qanunla tənzimlənmir. Bu sektorda il ərzində hansısa ciddi maaş artımının olacağını düşünmürəm. Amma qeyd etdiyim kimi, dövlət və büdcə təşkilatlarında müəyyən artımlar gözlənilir”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Naməlum
    Salam yoldaşım Azərişıqda kompüterdə işləyir və bu ay maaşı az yazılıb. Maaşı artmaqdansa aydan aya azalır üstəlik işlədiyi işin də dez əməlli adı yoxdu. Guya kompüter üzrə işə qoyublar amma artıq hardasa demək olarki Azərİşıq idarəsinin bütün işləri onun üstündədi. Heç olma öz işindən əlavə işlədirlərsə maaşın da da artım eləsinlər də. Belə şey olar? Üstəlik Şənbə Bazar günü də işlədirlər adını da istirahət qoyublar. Düzgün istirahət də vermirlər. O qədər zülüm çəkir 480 manat maaş alır 5 baş ailəyə görə 480 manat maaş nədi ki probleminin birinin başından tutur o biri qaçır tək başına bu qədər şeyi 480 manat maaşla necə çatdırmaq olar? İnsanları işlədib neçə trliyonlarla milyonlarla xeyir qazanırlar amma verdikləri maaş heç yarısı da deyil bu qədər əziyyətin
    2 years ago
  • Sadiq
    Salam mədəniyyət sahəsinə xüsusi diqqət yetirin
    2 years ago
  • Dilarə Əzizova
    Salam, bəs müəllimlərin maaşı artırılacaq?
    2 years ago