Söhbət məhəbbət və cinsəlliyə gəldikdə bürclərin buna təsiri heç vaxt gözardı edilmir.
Bəzi bürclər üçün seksuallıq hər şeydən önəmlidir, bəzi bürclər üçünsə bu, ikinci dərəcəlidir.
Yenisabah.az ən ehtiraslı bürclərin siyahısını təqdim edir: pizza hut
1. Eşq atəşində yanmağa hazır ƏQRƏBlər
Həssas, sədaqətli və qoruyucu Əqrəb bürcü insanları birini sevdiyi zaman tam olaraq sevir. Onu tərk etmək istəmir. Sözün əsl mənasında sevginin hər formasını yaşamaq istəyirlər. Onlar son dərəcə ehtiraslıdır və yataqda yeni şeylər sınamağa açıqdırlar. Cinsi əlaqədə problem yaşamaq əqrəbləri hətta depressiyaya sala bilər.
2. Müxtəlif təcrübələri sevən ŞİRlər
Şir bürcü hər şeyi fərqli sevir. Söhbət seksə və sevgiyə gəldikdə də bu xarakter dəyişmir. Onlar müxtəlif, maraqlı və qeyri-adi məkanlarda sevişməyi sevirlər. İstəklərində açıqdırlar və bunu tərəfdaşlarından da gözləyirlər.
3. Planlama sevməyən DOLÇAlar
Dolça bürclərinin nə qədər azad ruhlu olduğunu hamımız bilirik. Bu sevgi və seksuallıqda da belədir. Planlaşdırılmamış seks, yeni təcrübələr və kortəbiilik məhz dolça bürcünə xitab edir. Onlar partnyoru ilə həm sosial, həm də emosional olaraq bir yerdə olmaq istəyir. Kiminsə arxasınca düşmək əvəzinə onun gəlməsini gözləyirlər.
4. Balans simvolu olan TƏRƏZİlər
Tərəzilər yataqda da bərabərlik axtarırlar. Onlar özləri qədər partnyorlarının da razı qalmasını istəyirlər. Romantika və atmosfer sakit və nəzakətli tərəzilər üçün vacibdir. Unutmayın ki, Tərəzi bürcünə nə verirsinizsə, onu da alacaqsınız.
5. Əylənməyi sevən OXATANlar
Ən ehtiraslı bürclərdən biri olan oxatan bütün varlığı ilə sevgi atəşini hiss etmək istəyir. Yataqda müxtəlif təcrübələrə açıqdır. Onlar üçün münasibətdə birinci şərt birlikdə əylənə bilməkdir. Bəzən partnyorlarının fikirlərini görməməzliyə vura bilərlər. Oxatanlar fərqli xasiyyətli insanları daha cəlbedici hesab edirlər.
6. Hər şeydən tez sıxılan QOÇlar
Qoç bürcünün enerjili təbiəti onu cinsi münasibətdə razı salmağı çətinləşdirə bilər. Onlar daima birinci olmağı, şan-şöhrəti sevirlər. Qoçlar dürüstdür və düşündüklərini dərhal söyləyirlər. Buna görə də qoçun tərəfdaşının tənqidə açıq olması çox vacibdir. Hər şeydən tez sıxılmaq onların münasibətlərinin qısa müddətli olmasına səbəb ola bilər.
7. Emosional bağlılığa üstünlük verən BUĞAlar
Seksdə emosional bağlılığa üstünlük verən buğa üçün bir gecəlik görüşlər qorxuludur. Buğa bürcü uzunmüddətli və ciddi münasibətlərə üstünlük verir. Bununla belə, münasibətlərdə detallara çox diqqət yetirirlər. Ən kiçik bir şeyə görə də partnyorlarından üz döndərə bilərlər.
Telegram kanalımız