Əkizlər: “Bizə gündəm lazım deyil”

saytların hazırlanması

Evə çatdırılma

Əkizlər: “Bizə gündəm lazım deyil”

Şou

17 Dekabr 2025 09:57 349


Sevil, Sevinc bacıları efirdə olmamaqlarının səbəbini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, “Öz aramızda” verilişində qonaq olan əkizlər onlara gündəm lazım olmadığını bildirib:

“Arxamızca danışırlar ki, gündəmdə deyillər, efirə çıxmırlar. Gündəm dediyimiz bu gün efirləri qapı-qapı gəzib sənət dostlarını alçaltmaqdırsa, şəkillərini pillələrə yerləşdirməkdirsə, çəkdikləri əziyyətləri yerə vurmaqdırsa, bizə elə gündəm lazım deyil. Bu gün dəyərli bəylər, gözəl xanımlar efirə çıxıb biri-birini təhqir edir, hədə-qorxu gəlirlər.  Sezar pizza

Deyirlər ki, tədbirlərə getmir? Haradan bilirsiniz? Toya, tədbirə gedib, o çörəyi özüm üçün qazanıramsa, deməli, paylaşımı da, qazancı da özüm üçün edirəm. Ailəmə də baxıram, işimi də görürəm, pulumu da qazanıram”.

Aydan Hacı  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!