Ekspertdən xəbərdarlıq: Azərbaycanda koronavirus dalğası güclənə bilər

saytların hazırlanması

Evə çatdırılma

Ekspertdən xəbərdarlıq: Azərbaycanda koronavirus dalğası güclənə bilər

Sosial

08 Yanvar 2023 07:28 722


Xəbər verdiyimiz kimi, COVID-19-un ilk dəfə ortaya çıxdığı Çində bu günlərdə əsl fəlakət yaşanır. Ölkədə hər gün on milyonlarla insan virusa yoluxur, 9-10 min insan ölür.

Yoluxan və ölənlərin sayının həddən artıq çox olması səbəbindən bir çox morq və xəstəxanalarda yer çatışmazlığı yaranıb.

Virusun sürətlə yayılması və ölü sayının artması krematoriyaların da dolması ilə nəticələnib. Blomberg-in məlumatına görə, Pekində yerləşən dəfn bürosunun işçisi bildirib ki, əvvəllər bir gündə 40-a yaxın meyit yandırırdılarsa, hazırda bir gündə yandırılan meyitlərin sayı 140-ı keçib. Toyuqlu pizza

Bəs, Azərbaycanda vəziyyət necədir? Koronavirus pandemiyası yenidən “alovlana” bilərmi?

Məsələ ilə bağlı invaziv ağrı mütəxəssisi, “Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov Bakupost.az -a açıqlama verib.

Həkim bildirib ki, koronavirusun tamamilə aradan qalxdığından danışmaq tezdir:

“Əvvəlcədən də deyilirdi ki, koronavirusun yeni ştamları ortaya çıxa bilər. Çünki pandemiya bitsə də, virusun tamamilə aradan qalxdığını demək olmaz. Statistik göstəricilərə baxsaq, gündəlik yoluxma minimal sayda olsa da, yenə də var. Virus yoxa çıxmayıb.

Havaların soyuq keçməsi, əlverişsiz şərait və s. orqanizmin immun sisteminin düşməsinə səbəb olur. Qadağaların tamamilə aradan qalxması, əhalinin qoruyucu vasitələrdən istifadə etməməsi səbəbindən ola bilsin ki, yenidən endemik hallar müşahidə olunsun. Biz koronavirus dalğasının yenidən alovlanmasının şahid ola bilərik. Amma hər halda pandemiya dövründə insanlar çox böyük təcrübə qazandı. Tibb işçiləri, tibb müəssisələri bu vəziyyətə uyğunlaşmış haldadır. Düşünürəm ki, belə bir pandemiya və ya epidemiyanın başlamaq ehtimalı olarsa, görüləcək tədbirlər çoxdur. Bu periodu daha az itkilərlə başa vura bilərik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!