“Əl Qaidə” ABŞ-ni təhdid etdi

saytların hazırlanması

Evə çatdırılma

“Əl Qaidə” ABŞ-ni təhdid etdi

Dünya

07 Sentyabr 2026 17:52 88


“Əl Qaidə” terror təşkilatının Ərəbistan Yarımadasında fəaliyyətində göstərən qolu Donald Trampı və ABŞ-ni təhdid edib.

“Yeni Sabah” xəbər verir ki, Vaşinqton tərəfindən təşkilatın Yəməndə yerləşən bazalarına hava zərbələri endirilməsindən sonra “Əl Qaidə”nin regional lideri Səəd bin Ətif əl-Əvlaqi Birləşmiş Ştatlara məxsus hərbi və mülki obyektlərə hücumlar ediləcəyini bildirib.  O, təşkilatın Şimali Afrika, Əfqanıstan və İraqda fəaliyyət göstərən aktiv qollarını da analoji addımlar atmağa çağırıb.

Qeyd edək ki, 2015-ci ildən bəri “Əl Qaidə”nin Qərb hədəflərinə ən intensiv hücumlar təşkil edən qolu məhz Ərəbistan Yarımadasında fəaliyyət göstərən qruplaşmasıdır. 2015-ci ildə Fransanın paytaxtı Parisdə “Şarli Hebdo” satirik nəşriyyatına və 2019 Pensakola hərbi bazasına  hücumları məhz Ərəbistan Yarımadası “Əl Qaidə”si həyata keçirib. pizza hut

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!