Elektron siqaret görün hansı xəstəliyə səbəb olurmuş - Alimlər şokda

saytların hazırlanması

Evə çatdırılma

Elektron siqaret görün hansı xəstəliyə səbəb olurmuş - Alimlər şokda

Sağlamlıq

07 Dekabr 2019 09:48 1467


Alimlər elektron siqaretin daha bir fəsadını aşkar ediblər.

“Yeni Sabah” xəbər verir ki, Kaliforniya və Kembric Universitetlərinin beynəlxalq elm qrupu xəstəxanaya müraciət edən 49 yaşlı qadına nadir ağciyər xəstəliyi olan "pnevmokonioz" diaqnozu qoyub.

"European Respiratory Journal"da dərc olunan məqaləyə görə bu xəstəliyə daha çox sənayedə işləyənlərdə rast gəlinir. Ancaq xəstə daha öncə bu sahədə işləməyib, onun bu xəstəliyə məhz istifadə etdiyi elektron siqaret səbəbilə yaxalandığı bildirilir. Xəstə həmçinin tərkibində marixuana yağı olan elektronik siqaretin istifadəçisi olduğunu da deyib.

Elektron siqaretin tərkibində olan aluminium, magnezium, qurğuşun, xrom və kobalt ağciyəri məhv edir. ABŞ-da artıq 40 nəfər bu siqaret növünün qurbanı olub, 2 mindən çox insan isə müxtəlif ağciyər xəstəliklərinə tutulub.

Ölkə prezidenti Donald Tramp bu ilin sentyabrında elektron siqaretləri qadağan edəcəyini açıqlasa da, hələlik bununla bağlı qanun layihəsi hazırlanmayıb. 

Sabrina Eldarqızı

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!