Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə...”

saytların hazırlanması

Evə çatdırılma

Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə...”

Siyasət

17 Noyabr 2025 14:00 71486


 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri xanımının ermənicə danışması, Ramiz Mehdiyevin erməni əsilli arvadı ilə vaxtaşırı Badamdardakı villada görüşlər keçirməsi və s. barədə iddiaları cavablandırıb.

"Yeni Sabah" musavat.com-a istinadla xəbər verir ki, o, Xural TV-nin rəhbəri Əvəz Zeynallının bu iddialarını əsassız adlandırıb:  Sezar pizza

“Əvəz Zeynallı Ramiz Mehdiyevdən danışarkən mənim ailəmin guya Ramiz Mehdiyevin ailəsi ilə erməni dilində danışdığını deyir və guya Badamdarda villa tikintisində işləyən fəhlənin ona dediklərinə istinad edir. Sonra deyir ki, bilmirəm o fəhlə sağdır, ya ölüb, hətta həmin fəhləyə təşəkkür edir.

Əvvəla, mənim ailəm Ramiz Mehdiyevin ailəsinin heç üzünü də görməyib və erməni dilində bir söz də bilmir. Mənim Badamdarda heç bir villam yoxdur. Ailəm isə Qarabağlıdır, Ağcabədidə dünyaya göz açıb. Əvəz Zeynallının dedikləri ifrat dərəcədə şər və böhtandır. O birinci dəfə deyil ki, ünvanıma şər-böhtan danışır. Özü də sifarişlə”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Fariz
    Arvadının anası ermənidir. Bunu dana bilməz. Ancaq Ə. Həsənovun elə bir günahı yoxdur. Çünki, həmin ailədə hamı azərbaycan dilində danışırdı, o cümlədən ailənin gələcəkdə Ə. Həsənovun həyat yoldaşı olacaq qızları da
    6 months ago
  • Əli
    Elədirsə məhkəməyə niyə vermirsən?
    6 months ago