Uruqvaylı qapıçı Fernando Musleranın sayəsində Argentinanın "Estudiantes"i "Kopa Libertadores" turnirində finala yüksəlib.
“Yeni Sabah” xəbər verir ki, "Marakana" stadionunda keçirilən yarımfinalın cavab matçında "Flamenqo" ilə qarşılaşan "Estudiantes" əsas vaxtı 0:0 hesabı ilə başa vurub.
Oyun sonrası keçirilən penalti seriyasında 40 yaşlı Muslera rəqibin 5 penaltidən 3-ünü dəf edərək (Jorjinyo, Lukas Paketa və Bruno Henrikenin zərbələri) komandasına 3:2 hesablı qələbə qazandırıb. pizza
"Estudiantes" noyabrın 28-də Montevideodakı məşhur "Sentenario" stadionunda baş tutacaq həlledici final oyununda Braziliya nəhəngi "Palmeyras" ilə üz-üzə gələcək.
Nazim Hacıyev
Telegram kanalımız