DİN “Ceyhun Sabunçu”nun qətlinə dair məlumat yaydı

saytların hazırlanması

Evə çatdırılma

DİN “Ceyhun Sabunçu”nun qətlinə dair məlumat yaydı

Kriminal

24 Oktyabr 2026 11:35 262


Bakının Xətai rayonunda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, bir neçə nəfər isə bıçaqlanıb.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, hadisə General Şıxlinski küçəsi, 145 ünvanında yerləşən “Ab-Hava” kafesində baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanıb. Sezar pizza

Davaya biznes münasibətlərində yaranmış mübahisənin səbəb olduğu bildirilir. Hadisədə iştirak edən Əhməd adlı şəxsin ölkədə tanınmış vəzifəli şəxslərdən birinin oğlu olduğu iddia edilir. O, könüllü olaraq polisə təslim olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisənin digər iştirakçıları olduğu bildirilən Kamran və Həsən adlı şəxslər də saxlanılıblar. Həmin şəxslər paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində reabilitasiya mərkəzi işlədiblər.

Hazırda hadisənin digər iştirakçılarının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İnsidentdə iştirak edən 9 nəfər saxlanılıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, xəbəri ilk Oxu.az yayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!