Əli Xamenei dəfn edildi

saytların hazırlanması

Evə çatdırılma

Əli Xamenei dəfn edildi

Dünya

10 İyul 2026 00:42 77


İranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimi onun doğma şəhəri Məşhəddə başa çatıb.

"Yeni Sabah" xəbər verir ki, onun cənazəsi İmam Rza məqbərəsində - iki il əvvəl helikopter qəzasında həlak olan İran prezidenti İbrahim Rəisinin dəfn olunduğu yerdə torpağa tapşırılıb.

Xamenei ilə vidalaşmaq istəyənlərin çoxluğu səbəbindən matəm yürüşünün təşkilatçıları məqbərəyə gedən marşrutu dəyişmək məcburiyyətində qalıblar. Liderin cənazəsini daşıyan dəfn karvanı məqbərəyə qədər hərəkət edə bilmədiyi üçün helikopterdən istifadə edilib. Dominos pizza

Türbə ərazisində yüzminlərlə zəvvarın iştirakı ilə Xamenei və onunla birgə həlak olan ailə üzvləri üçün namaz qılınıb. Daha sonra jurnalistlərin buraxılmadığı rəsmi dəfn mərasimi keçirilib.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail zərbələri nəticəsində həlak olan Əli Xamenei ilə vidalaşma mərasimi iyulun 3-də Tehranda başlamışdı./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!