Əlverişsiz hava şəraiti: Pakistanda ölən və yaralananlar var

saytların hazırlanması

Evə çatdırılma

Əlverişsiz hava şəraiti: Pakistanda ölən və yaralananlar var

Dünya

14 İyun 2026 17:54 56


Pakistanın Xayber-Paxtunxva vilayətində əlverişsiz hava şəraitinin fəsadları səbəbindən azı yeddi nəfər ölüb, 33 nəfər xəsarət alıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Dawn" vilayətin Təbii Fəlakətlərlə Mübarizə İdarəsinə (PDMA) istinadən məlumat yayıb.

İdarənin məlumatına görə, güclü yağış və külək səbəbindən bir neçə dairədə, o cümlədən Bannu, Şanqla və Mansehrədə damların və divarların uçması nəticəsində yeddi nəfər, o cümlədən iki uşaq, dörd kişi və bir qadın ölüb. Xəsarət alan 33 nəfər arasında yeddi kişi, 12 qadın və 14 uşaq var. pizza

Qeyd olunur ki, zərərçəkmiş bölgələrdə fəsadların aradan qaldırılması və sakinlərin xilas edilməsi üzrə gücləndirilmiş işlər aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!