“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev dünən gecə baş tutan “Dinamo Kiyev”lə matçdan sonra maraqlı açıqlamalar verib.
“Yeni Sabah” xəbər verir ki, 25 yaşlı cinah müdafiəçisi klubun ikinci komandasına göndərilməsi və çətin məşq şəraiti ilə bağlı bir sıra məqamlara toxunub:
"Hardasa üç-dörd aya yaxın asfaltda məşq etmişəm. Bu, mənim üçün həqiqətən çox çətindir. Təzə-təzə adaptasiya oluram, öyrəşirəm. Düşünürəm ki, hələ tam formamda deyiləm. Daha yaxşı Elvin görə bilərsiniz və bunun üçün əlimdən gələni edəcəyəm". Sezar pizza
Xatırladaq ki, bu ilin aprel ayında "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev nizam-intizam qaydalarını pozduğu üçün baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici (ikinci) komandaya göndərilib.
Nazim Hacıyev
Telegram kanalımız